"Fiorentina"da 13 nömrəni daha heç kəs geyinməyəcək

Oxunma: 299 TARIX /

"Fiorentina" 2 gün öncə dünyasını dəyişən Davide Astori ilə bağlı növbəti təqdirəlayiq addım atıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirilib. Bu isə o deməkdir ki, artıq 13 rəqəmi "Fiorentina" klubunda heç bir oyunçuya verilməyəcək. 
Astorinin sabiq klubu olan "Kalyari" də "Fiorentina"nın yolu ilə gedib.

Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Astori martın 5-də "Fiorentina"nın qaldığı otelin otağında ölü tapılmışdı. Onun infarkt keçirdiyi bildirilib.