Trinidad və Tobaqo millisi mart ayının 20-si və 23-ü yoxlama görüşləri keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, bu məqsədlə yığmanın baş məşqçisi Dennis Lourens ilkin olaraq heyətə 17 futbolçu cəlb edib. Adı açıqlanan futbolçular sırasında "Kəpəz"dən Şadon Vinçestr və "Zirə"dən Comal Uilyamsın da adı var.

Qeyd edək ki, Trinidad və Tobaqo martın 20-də Qvadalupe, 23-də  isə Martinika ilə qarşılaşacaq.