İbrahim Şehiç milliyə çağırıldı

Oxunma: 317 TARIX /

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinin heyətinə dəvət alıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı məlumata görə, o, martın 20-də Bolqarıstanda keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.

Qeyd edək ki, Bosniya millisi martın 23-ü səfərdə Bolqarıstan, martın 27-si isə Fransada Seneqalla yoxlama oyunları keçirəcək.