Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub.


Çempionlar Liqası

1/8 final (cavab oyunları)

6 mart

23:45. PSJ (Fransa) – “Real” (İspaniya) 1:2

Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80

Qırmızı vərəqə: Verratti, 66


Baş hakim: Feliks Brix (Almaniya)

Paris, "Park De Prens" stadionu

İlk oyun – 1:3

23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0

Baş hakim: Feliks Zvayer (Almaniya)

Liverpul, "Enfild Roud" stadionu

İlk oyun – 5:0