Kamran Quliyevin ayrılmasından sonra "Sumqayıt"ın prezidenti postuna 3 namizədin adı yer alıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat konfransı zamanı informasiya verib.  O, namizədlərdən birinin milli komandamızın sabiq meneceri Riad Rəfiyev olduğunu açıqlayıb: “Ancaq digər 2 namizədin adını açıqlaya bilmərəm. Çünki bu etik cəhətdən düzgün olmazdı. Sadəcə, Riad Rəfiyevlə bağlı mənə sual olduğundan onun namizədliyini təsdiqlədim”.

Qeyd edək ki, hazırda "gənclik şəhəri"nin təmsilçisində bu vəzifəni müvəqqəti olaraq Vaqif Ömərov yerinə yetirir.