Millimizin oyununa biletlər sabahdan satışa çıxır

Oxunma: 552 TARIX /

Martın 23-də Bakıda keçiriləcək Azərbaycan - Belarus beynəlxalq yoldaşlıq oyununun biletləri sabah - martın 10-da satışa çıxarılacaq.

İdmanxeber.com-un məlumatına görə, biletlərin qiyməti və satış nöqtələri aşağıdakı kimidi:


3-cü kateqoriya – 1 AZN
2-ci kateqoriya – 2 AZN
1-ci kateqoriya – 4 AZN
VIP – 15 AZN
 

Satış nöqtələri:
    
1. ASAN 1 - Həsən Əliyev küç.36
2. ASAN 2 - Nobel prospekti 23, AMAY TM 2-ci mərtəbə
3. ASAN 3 - Abbas Mirzə Şərifzadə 157
4. ASAN 4 - Sülh 197, Bakıxanov, Sabunçu
5. ASAN Sumqayıt - 15-ci məhəllə 42d
6. 28 Mall - 28 May küçəsi, 2-ci mərtəbə
7. Gənclik Mall - Fətəli Xan Xoyski 38, 3-cü mərtəbə
8. Köşk 1 - Sahil m. M.Rəsulzadə 3
9. Köşk 2 - Bül-bül prospekti, Nizami küç.
10. Köşk 3 - Üzeyir Hacıbəyov küç.69x


Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.