Messi axşamkı matçı buraxacaq

Oxunma: 419 TARIX /

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 28-ci turu çərçivəsində bu gün "Malaqa" ilə keçiriləcək matçda meydana çıxmayacaq.

İdmanxeber.com-un məlumatına görə, argentinalı ulduz şəxsi səbəblərə görə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Malaqa" – "Barselona" oyunu bu gecə Bakı vaxtı ilə 23:45-də start götürəcək.