Yunanıstan çempionatı qalmaqallı hadisə ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Superliqanın 25-ci turu çərçivəsində baş tutan PAOK - AEK matçı sona qədər oynanılmayıb. PAOK-un son dəqiqədə vurduğu qol qaydalar çərçivəsində sayılmayıb.

Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində silahı da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.