"Neftçi"nin tarixində bunu 33-cü futbolçu bacardı

Oxunma: 298 TARIX /

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

İdmanxeber.com-un məlumatına görə, millimizin müdafiəçisi Azərbaycan Premyer Liqasının XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran qolun müəllifi olub. 

Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.
Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.