Yığmamız Ukrayna ilə qarşılaşacaq

Oxunma: 341 TARIX /

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 13-dən 17-dək Kiyevdə təlim-məşq toplanışı olacaq. 

Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2  yoldaşlıq oyunu keçirəcək. 

Komandalar martın 14-də və 17-də üz-üzə gələcəklər.