Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib.

İdmanxeber.com-un məlumatına görə, bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri  dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb.

“Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir. Onların qarşıdakı matçda iştirak edib-etməyəcəyi bu gün bəlli olacaq.