Şəhriyar Məmmədyarovdan xal itkisi

Oxunma: 297 TARIX /

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı şahmatçı III turda Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi ilə görüş heç-heçə  başa çatıb.
Şəhriyarın xal itkisi turu qələbə ilə başa vuran Vladimir Kramnikin liderliyi ələ keçirməsi ilə nəticələnib.
Qeyd edək ki, Şəhriyar martın 14-də autsayder Uesli So ilə qarşılaşacaq.