Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşib.

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
 

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
Qol:
 Dzeko, 52
İlk oyun - 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
Qollar: Ben Yedder, 74 (0:1); 78 (0:2), Lukaku, 84 (1:2)
İlk oyun – 0:0