Premyer Liqada istefa

Oxunma: 370 TARIX /

İngiltərənin "Sauthempton" klubu baş məşqçi Maurisio Pelleqrino ilə yollarını ayırmaq qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, komandanı Pelleqrino ilə birgə onun köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də tərk edəcək.

Argentinalı mütəxssis bu postda ötən il Klod Püeli əvəz edib. 45 yaşlı məşqçi "müqəddəslər"lə üç il müddətinə müqavilə imzalayıb, lakin komanda rəhbərliyi müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib.

Klub 30 turdan sonra 28 xalla turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.