“Müxtəlif səviyyəli komandalar oynayırdı. “Qəbələ” bizdən qat-qat üstün komandadı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Bu gün çox istəkli idik. Bunun sayəsində 1 xal qazandıq. Belə oyuna görə uşaqlara təşəkkür edirəm”.

- Rəqib komandanın baş məşqçisi hakimlərin kobud səhvlərə yol verdiyini bildirdi. Sizin bu məsələyə münasibətiniz necədi?

- Yəqin ki, bu nəticə rəqibin baş məşqçisini çox əsəbiləşdirib. Bu, normaldı. Mən hakimlik barədə danışmaq istəmirəm. Hakimlər ciddi səhvə yol vermədilər. 

- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirdiniz. Bu, nə ilə bağlı idi?

- Hansısa iradım yox idi. Oyundan sonra Məqsəd İsayevlə söhbət etdim, səhvlərini başa saldım. Başqa problem yox idi.