Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” futbol klubu baş məşqçi Volkan Kahramanla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son verilib.

“Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: “Volkan hər zaman “Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.