
"Fənərbaxça"nın sabiq futbolçusu Aleks de Souza Türkiyəyə gəlib.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı İstanbula təşrif buyurduğu gün onun üçün hazırlanmış heykəlinə baş çəkib. Aleks qardaş ölkədə kitabı üçün imza mərasiminə qatılacaq.
Onun 3 gün sonra "Fənərbaxça" - "Qalatasaray" derbisini tribunadan izləməsi gözlənilir.