"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XX turunda "Kəpəz" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib. 

Idmanxeber.com-un sport24.az-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis matç haqda fikirlərini səsləndirib.

 

- İlk növbədə "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Komandamız pis təsir bağışlamadı. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə oyunu rəqibə verdik. Onlar isə iki zərbə vurdu və qol oldu. Uşaq səhvlərindən qollar buraxdıq. 

 

- Uğursuzluq sindromunu nə ilə bağlayırsız?

- Psixoloji cəhətdən ola bilər. Həmişə ikinci hissənin sonlarında qol buraxırıq. Ona görə səhvlər olur.

 

- Dario Federiko sanki süni meydançada özünü qoruyurdu...

- Dario texnikalı oyunçudu. Rəqib də bunu bildiyi üçün ona yaxın oynayırdı. Ona görə də oyunu alınmadı. Yəni süni meydança olduğu üçün deyil.

 

- "Kəpəz"dən kiminsə milliyə çağrılacağını gözləyirsiz?

- Bəlkə də autsayder olduğumuz üçün heç kimi çağırmaz. Amma bu Qurban müəllimin səlahiyyətindədi. Özü necə məsləhət bilsə, elə də edəcək