“Zenit”in futbolçusu Aleksandr Kokorin Romada diz bağlarından əməliyyat olunub.

İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı hücumçunun bərpa müddəti 4-5 ay çəkəcək.

Bu isə o deməkdir ki, Rusiya millisinin üzvü yayda ölkəsində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Kokorin Avropa Liqasının 1 /8 finalında “Leypsiq”lə oyunda zədələnmişdi.