"Atletiko"nun sabiq futbolçusu oyun zamanı özündən getdi

Oxunma: 236 TARIX /

Çinin “Dalyan İfan” klubunun futbolçusu Nikolas Qaytan meydanda huşunu itirib.

İdmanxeber.com-un məlumatına görə, “Atletiko”nun sabiq üzvü “Beytzin Qoan”la oyunun ikinci hissəsində qəflətən yerə yıxılıb.

Dərhal xəstəxanaya çatdırılan 30 yaşlı yarımmüdafiəçi özünə gəldikdən sonra nə baş verdiyini xatırlamadığını deyib.

Qeyd  edək ki, Qaytan ötən ay  Çin klubuna keçib.