Əliyev məşqçiliyə başladı

Oxunma: 257 TARIX /

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev məşqçiliyə başlayıb. 

İdmanxeber.com-un Ukrayna mətbuatına istinadən məlumatına görə, əslən azərbaycanlı olan 33 yaşlı futbolçunun ilk klubu artıq bəllidi.

 

O, Ukraynanın həvəskarlar liqasında çıxış edən “Xmelnitski” komandasının “sükanı arxası”na gətirilib. “Xmelnitski”nin həm də formasını geyinən oynayan baş məşqçi yeni vəzifədə ilk görüşünü aprelin 7-də keçirəcək.

 

Qeyd edək ki, karyerası ərzində Kiyev “Dinamo”su, “Metallurq”, Moskva “Lokomotiv”i, “Dnepr” və “Anji” kimi klubların formasını geyinmiş Aleksandr Əliyev Ukrayna yığmasının heyətində 28 matçda meydana çıxıb, 6 qola imza atıb.