Nəbiyevdən Çexiyada dubl

Oxunma: 244 TARIX /

Azərbaycanlı futbolçu Fərid Nəbiyev çıxış etdiyi Çexiyanın “Slaviya” (U-20) komandasında növbəti qollarını vurub.

İdmanxeber.com-un məlumatına görə, o, yerli “Litomerjits”lə keçirilən yoxlama matçında (2:1) komandasının hər iki qolunun müəllifi olub. F.Nəbiyev 30-cu dəqiqədə oyuna girib, 51 və 57-i dəqiqələrdə isə fərqlənməyi bacarıb.

Bu görüşdə digər azərbaycanlı futbolçular – Amin Seydiyev və Rövlan Muradov bütün oyunu əvvəldən axıradək keçiriblər.