Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub. İdmanxeber.com-un məlumatına görə, buna futbolçunun intizamsızlığı səbəb olub.

 Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən forvardın komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib: “Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.