La Liqada baş məşqçi istefası

Oxunma: 140 TARIX /

“Real Sosyedad”ın baş məşqçisi istefa verib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya təmsilçisi Eusebio Sakristanla vidalaşıb.

Buna “Real Sosyedad”ın La Liqanın XXIX turunda “Xetafe”yə ev məğlubiyyəti (1:2) səbəb olub. Meydan sahibləri oyunun gedişində hesabda önə keçsələr də, üstünlüyü sona qədər saxlaya bilməyiblər.Komandanın çıxışından narazı qalan rəhbərlik Sakristanla yolları ayırmağı məqsədəuyğun sayıb.

 Qeyd edək ki, Eusebio Sakristan 2015-ci ildən “Real Sosyedad”ı çalışdırırdı.