Azərbaycan Premyer Liqasının oyunları sükutla başlayacaq

Oxunma: 430 TARIX /

3 gün öncə dünyasını dəyişən Böyükağa Hacıyevin xatirəsi Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarından əvvəl yad ediləcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmalardan öncə mərhumun xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Qeyd edək ki, 21-ci turun görüşləri aprelin 4-də keçiriləcək