Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş olacaq.
Yığmamız səfərdə Kosovo ilə qarşılaşacaq. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunudur. Bunadək qrupda keçirdiyi 5 oyunun 4-də məğlub olan və 1-də heç-heçə edən millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


22 mart

22:00. Kosovo – Azərbaycan
Baş hakim:
 Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu