Şimali İrlandiya və Monteneqro yığmalarına qarşı yoxlama oyunu keçiriəcək Türkiyə yığması rəqiblərinə qarşı yeni forması ilə mübarizə aparacaq.

İdmanxeber.com-un Türkiyə futbol federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "ay ulduzlular" martın 27-si səfərdə Monteneqro seçməsinə qarşı yeni ağ rəngli forması ilə çıxış edəcək.