DÇ-2018-in oyunlarına neçə bilət satılıb?

Oxunma: 239 TARIX /

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına 2 milyona yaxın bilet satılıb.

İdmanxeber.com-un məlumatına görə, bunu FIFA-nın nümayəndəsi Kolin Smit bildirib.

O deyib ki, biletlərin 50 faizini xarici ölkələrin vətəndaşları alıblar. 

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.