Sabah futbol üzrə milli komandamız yoldaşlıq görüşü çərçivəsində Belarus yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Bakı Olimpiya Stadionuna reallaşacaq görüş öncəsi komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

-Bakıda ilk oyunumuzdu. Hər bir futbolçu bu oyuna ciddi hazırlaşıb. Hər biri çox istəklidi. Onlar yaxış bilirər ki, qarşıda bizi hansı oyunlar gözləyir. Hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbətimiz olub. Sabah ən yaxşısını etməyə çalışacağıq.

- Legioner futbolçularımızın son durumu necədi?
- Hər bir futbolçunun vəziyyəti normaldı. Araz Abdulayevin sabahkı matçda əsas heyətdə meydana çıxma ehtimalı yüksəkdi.
- Sizcə oyunlarımızda video təkrar sisteminin olmasına ehtiyac varmı?
- Siz də ədəaləti sevirsiniz. Mən belə bir şeyin tərəfdarıyam. Bzi komandaların bilmədən haqları əllərindən alınıb. Mənim üçün sevindirici haldı ki, bu sistemdən istifadə olunur.
- Əsas hücumçularınızdan ikisini - Ramil Şeydayev və Mahir Məhədətovu U 21 yığmasına göndərmisiniz. Bu təklif Rəşad Sadıqov tərəfindən gəldi, yoxsa öz fikriniz sidi?
-  Əlbəttə ki, U 21-in oyunları da vacibdi. Adıçəkilən oyunçuların sabahkı matçda oynamaq ehtimalları az idi. Düşündük ki, U 21-ə kömək etsələr daha yaxşı olar. Onlar zatən yığmada bir çox görüş keçiriblər. Məqsədimijz sabahkı matçda oynamayan futbolçulara şans verməkdi.
- Yığmamız həm Avropa çempionatının seçmə mərhələsində həm də Millətlər Liqasıdna çıxış edəcək. Əsas üstünlüyü hansına verəcəksiniz?
- Hal hazırda mən zəif yığma görmürəm. Bütün komandalar günü-gündən güclənir. Bizim zəif təsəvvür etdiyimiz komandalar daha istəkli olacaqlar. Biz hər gün çalışmalıyıq ki, Azərbaycan yığması daha da güclü olsun. Belə olmasa, istəyirsiz AVRO 2020-nin seçmə mərhələsi, istəyirinizsə, Millətlər Liqası uğur qazana bilmərsiniz. Futbolçularımız hər oyundan-oyuna böyüməlidi.
- Bakı Olimpiya Stadionunda oyunları keçirmək azarkeşlər üçün xoş deyil. Çünki tribunaların yanına gəlib çatmaq üçün bir xeyli məsafə qət etmək lazım gəlir. Gələcəkdə oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda izləyə bilərik?
- Bəli, azarkeş amili bizim üçün vacibdi. Məndə əvvəllər tərəfdarı deyildim ki, oyunlarımız Bakı Olimpiya Stadionunda keçirilsin. Ancaq stadionla yaxından tanış olduqdan sonra fikrimii dəyişdim. BOSS-da keçirilən oyunlardan sonra narazı qalmadım. Ümumiyyətlə, həmin arenanın ot örtüyü də idealdı. Hələ vaxtımıza çox var. Ola bilsin ki, gələcəkdə bəzi oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionuna salınsın. Mən hiss edirəm ki, bir çox futbolçularımız BOSS-da oynamağa üstünlük verir. 
- Ayaz Quliyev bildirmişdi ki, Qurban Qurbanov məni görüşə dəvət etsə məmnun olaraq. Necə düşünürsünüz, onu Rusiyanın 21 yaşlı futbolçulardan ibarət millisindən "oğurlamaq" olarmı?
- Biz bilsək ki, hər hansı futbolçunun yığmamız üçün xeyri olacaq, onu millimizdə görməyə çalışacağıq. Belə olan halda lazımı addımları atacağıq.
- Siz əsas yığma komandamızın baş məşqçisi təyin olunduqdan sonra belə bir fikir formalaşdı ki, aşağı yaş qruplarında türk və alman əsilli oyunçuların sayı azalacaq. Lakin bu tendensiya hələ də davam etməkdədi...
- Bu gün hansı yığma komandanın baş məşqçisini danışdırsan, deyəcək ki, yaxşı futbolçuya ehtiyacımız var. Başqa yığmalarda da milliləşdirilmiş futbolçulara rast gəlmək olar. Biz hələ tam futbol ölkəsi hesab olunmuruq.  Sanki bizim futbolda 25-26 yaşımız var. Biz bütün futbolçularla maraqlanırıq, onları diqqətdə saxlayırıq. Buninla belə, milliləşdirilmiş futbolçuların sayı azalmaqdadı.