Dmitri Nazarov Azərbaycan klublarından təklif alıb

Oxunma: 491 TARIX /

Milli komandamızın üzvü Dmitri Nazarov Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com-un məlumatına görə,  Nazarov sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: 

"Millinin düşərgəsinə dünən qoşulmuşam. Qurban Qurbanovla qısa söhbətimiz olub. Bu söhbət məndə xoş hisslər oyatdı. İlk fikrim belədir ki, Qurban Qurbanov çox gözəl insandır. Cəmi 1 məşq keçmişəm. Buna baxmayaraq, hər şeydən razıyam".

Uzun müddətdi II Bundesliqada top qovan Dmitri Almaniyanın əsas liqasından dəvət almamasını bu cür izah edib: "Bilirsiniz ki, Bundesliqa Avropanın güclü çempionatlarından biridir. Ora düşmək çox çətindir. Bundesliqa klublarından dəvət almaq üçün dayanmadan çalışıram. Menecerimi deyə bilmərəm, amma bəxt amili də burada rol oynayır. Çətin olmasına baxmayaraq, əlimdən gələni edir. İnanıram ki, hər şey istədiyim kimi olacaq. Bunun üçün vaxtım da var".

Yığmamızın üzvü Azərbaycan klublarından gələcək təklifə müsbət baxdığını da gizlətmədi: "Hazırda “Aue” klubu ilə müqaviləm var. İndiyə kimi bəzi söhbətlər olub. Amma Azərbaycandan konkret bir təklif olmayıb. Təklif gəlsə, oturub fikirləşərəm, ailəmlə də məsləhətləşərəm".