"Mançester Yunayted"dən ayrıldı - RƏSMƏN

Oxunma: 353 TARIX /

İngiltərənin “Mançester Yunayted” futbol klubu rəsmi internet səhifəsində hücumçu Zlatan İbrahimoviçlə yollarını ayırdığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

“Komandada hər kəs Zlatana onun əməyi üçün təşşəkürlərini bildirir və ona gələcək karyerasında uğurlar arzulayır”, - məlumatda deyilir.

İbrahimoviç 2016-cı ilin yayında fransanın “PSJ” klubundan “Mançester Yunayted”-ə azad agent qismində keçib. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacağdı.

Daha öncə jurnalistlər isveçli futbolçunun karyerasını amerikalı "Los Ancels Qeleksi" klubunda davam etdirəcəyi haqqında xəbər yaymışdılar.