Türkiyənin ən etimadlı Gillette - Milliyet İlin İdmançısı Mükafatları (Gillette - Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İdmanxeber.com-un məlumatına görə, öncədən də qeyd etdiyimiz kimi8 "Qarabağ" isə "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı "Qarabağ"ın vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib.

Tahir Gözəl mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib: " "Qarabağ" Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdu. Mən "Millyet" qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm. Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdi. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun".