Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatınma görə, sonuncu oyun günündə iki matç keçiriləcək.

Günün ilk matçında "Zirə" və "Qəbələ" birincilərin meydanında münasibətlərə aydınlıq gətirəcək.

Turun ən maraqlı matçı isə sössüz ki, "Neftçi" və "Sumqayıt" arasında olacaq.

Hazırda 35 xala malik qonaqlar 3-cü, "ağ-qaralar” isə 30 xalla 5-ci pillədədirlər.

8 aprel (bazar)

Azərbaycan Premyer Liqası, 22-ci tur

18:30. "Neftçi” – "Sumqayıt” - 2:2 
Qol: 
Rəşad Eyyubov, 41 (0:1), Mirabdulla Abbasov, 45 (1:1), Namiq Ələsgərov, 63 (2:1), Cavid İmamverdiyev, 78 (2:2)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu


16:30. "Zirə” – "Qəbələ” - 1:1 
Qol: 
Milan Duriç, 53-pen. (1:0), Stiven Monroz, 78 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu