Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə eyni qrupda yer alan təmsilçimiz "Qarabağ" İtaliya təmsilçisini növbəti tura adlaması münasibəti ilə təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, "köhlən atlar"ın rəsmi "Facebook" səhifəsi vasitəsi ilə bununla bağlı yazıb:  "Bizi məğlub etmək "Barselona"nı udmaqdan çətindir. Təbriklər əziz dostumuz, "Roma".

Qeyd edək ki, ilk matçda "Barselona"ya səfərdə 1:4 hesabı ilə uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək yarımfinala adını yazdırıb.