"Bu, ən gözəl qələbə, fantastik gecədir".

İdmanxeber.com-un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun prezidenti Ceyms Pallotta Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya "Barselona"sını 3:0 hesabı ilə yendikləri cavab görüşündən sonra deyib. Əslən ABŞ-dan olan funksioner oyuna tam dominantlıq etdiklərini bildirib: "İnanılmazı gerçəkləşdirdik. İlk oyunda bəxtimiz gətirməmişdi. Bu dəfə isə 1:4 hesablı məğlubiyyətin əvəzini çıxdıq. Qrup mərhələsinin son oyununda Perotti "Qarabağ"a qol vurarkan də yaxşı hisslər keçirirdik. Lakin bugünkü sevincimizin həddi-hüdudu yoxdur. "Roma"nın bugünkü nailiyyəti unudulmazdır".