Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar məlumdur. 

İdmanxeber.com-un məlumatına görə, sabah baş tutacaq "Keşlə" - "Sumqayıt" matçını Rəhim Həsənov, "Qəbələ" - "Neftçi" qarşılaşmasını isə İnqilab Məmmədov idarə edəcək.


12 aprel (cümə axşamı)

“Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”, 16:00

“Qəbələ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 18:00