17 yaşadək futbolçulardan ibarət millimiz Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, Makedoniya yığması ilə qarşılaşan futbolçularımız 0:2 hesabı ilə məğlub olub.


Qeyd edək ki, yığmamız turnirdə növbəti matçını aprelin 13-də Xorvatiya, son oyununu isə 15-də ev sahibi Bosniya və Herseqovinaya qarşı keçirəcək.