"Sportlife" qayıtdı

Oxunma: 215 TARIX /

Ay yarım öncə maliyyə çətinliklərinə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan edən "sportlife.az" saytı bu gündən işə başlayıb.


Məsələ ilə bağlı saytın baş redaktoru Mirələm Həsənli açıqlama yayıb:


"Bu gündən "Sportlife.az" yenidən fəaliyyətə başlayır. Müəyyən fasilədən sonra yenidən fəaliyyətimizi davam etdirməyi qərara aldıq, hələlik kiçik imkanlar çərçivəsində. Necə deyərlər, yenə də “öz şotumuza”... Yeganə qazancımız siz oxucularımızın olmasıdı".