Araz Abdullayev oynadı, komandası kubokla vidalaşdı

Oxunma: 305 TARIX /

Futbol üzrə Kipr kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" növbəti matçına çıxıb.

Famaqusto təmsilçisi səfərdə "Apollon”un qonağı olub. İlk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) "Anortosis" bu dəfə rəqibinə 1:2 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.

Start heyətdə meydana çıxan Araz matçın 85-ci dəqiqəsində əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.