"And içirəm ki, Vaskesi itələməmişəm" - Benatia

Oxunma: 393 TARIX /

"Yuventus"un futbolçusu Mehdi Benatia Çempionlar Liqasının 1/4 finalının "Real"la cavab oyununda onun rəqib futbolçusu Lukas Vaskesə qarşı kobud oyunundan sonra qapılarına təyin edilən penalti epizodu haqda danışıb

İdmanxeber.com-un məlumatına görə, fransalı müdafiəçi İtaliya mətbuatına açıqlamasında matçın baş hakimi Maykl Oliverin düzgün qərar vermədiyini bildirib:


"And içirəm ki, onu itələməmişəm. Vaskes başqa yolu olmadığı üçün yıxıldı. Oyunun 90+3-cü dəqiqəsində belə vəziyyətdə penalti təyin etmək absurddur".

Xatırladaq ki, penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo bu qolla komandasını yarımfinala yüksəldib.