Bu gündən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədi ilə seminar başlayıb.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Premyer Liqasında iştirak edən klublar, Bakı Olimpiya Stadionu və AFFA-nın əməkdaşları iştirak edir. 

Təlim 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final oyununa və AVRO-2020-nin Azərbaycan paytaxtında təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunub. Əsas məqsəd təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq.

Qeyd edək ki, analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.