Azarkeşləri "Kəpəz"i pis vəziyyətdə qoydu

Oxunma: 376 TARIX /

AFFA İntizam Komitəsi "Kəpəz" və "Keşlə" klublarını cəzalandırıb. 

İdmanxeber.com-un məlumatına görə, buna Gəncədə iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXII tur matçında baş verənlər səbəb olub. Oyunun 26-cı dəqiqəsində yerli azarkeşlər meydana kənar əşyalar atdıqları üçün "Kəpəz"ə 1600 manat cərimə kəsilib. 

"Keşlə" isə 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb. 

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.