"Bu səbəbdən çox da sevinmirəm" - Yuri Maksimov

Oxunma: 360 TARIX /

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Keşlə" və "Sumqayıt" kollektivləri  üz-üzə gəlib.

İdmanxeber.com-un məlumatına görə, oyunsonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov matçla bağlı fikirlərini bölüşüb:

"Qalib gəlmək istəyirdik. "Sumqayıt" da son bir neçə oyunda məğlub olmurdu. Bəzi futbolçulara qarşılaşma üçün motivasiya etmək asan olmadı. Futbolçularıma təşəkkürümü bildirirəm".

- "Sumqayıt" uzun müddət idi ki, uduzmurdu. Onlara qalib gəlməyiniz rəqibdə qıcıq oyada bilər?

- Oyunu azarkeşlərimiz də izləyirdi. Qalib gəlmək istəyirdik. Bizim üçün xüsusi fərq edən nəsə olmadı.

- Komandanız qalib gəlsə də, yenə kefsiz görünürsünüz...

- Hələ birinci oyun idi. Ola bilsin, bu səbəbdən çox sevinmirəm.

- Qələbə sonrası klub prezidenti Zaur Axundov sizi təbrik etdi?

- Hələ yox.

- "Keşlə"nin "Sumqayıt"la qarşıda daha iki oyunu var, biri kubok, digəri ölkə çempionatı. Sizin də əsas ümid yeriniz ölkə kuboku olduğundan, ola bilərmi ki, Premyer Liqa matçına çox da ciddi yanaşmayasınız...

- "Sumqayıt"ın Avropa Liqasına getmək üçün iki yolu var. Biz isə ancaq ölkə kuboku vasitəsi ilə avroliqaya yollana bilərik. Ancaq təbii ki, ölkə çempionatına da ciddi yanaşacağıq. Sadəcə ola bilsin ki, əsas heyət üzvlərindən bəziləri istirahət etsin.