Qətər millisi Amerika Kubokunda iştirak edəcək

Oxunma: 285 TARIX /

Futbol üzrə Qətər milli komandası 2019-cu ildə keçiriləcək Amerika Kubokunda iştirak edəcək.

İdmanxeber.com-un məlumaıtna görə, asiyalılar yarışın təşkilatçılarından gələn təklifi müsbət dəyərləndiriblər.

Amerika Kuboku gələn il 7 – 30 iyunda Braziliyada keçiriləcək. Yarışda Cənubi Amerikanın 10, digər konfederasiyaların isə 6 təmsilçisi iştirak edəcək. Qətər kollektivi ilə yanaşı, Meksika, Yaponiya və Çin yığmalarnın da yarışa qatılacaqları dəqiqləşib.

Qeyd edək ki, 1910-cu ildə təsis edilmiş yarışda Cənubi Amerikanın 10 yığması - Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Paraqvay, Peru, Uruqvay, Çili və Ekvador iştirak edib. 1993-cü ildən Amerika Kubokuna Meksika millisi, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasından (CONCACAF) bir komanda qatılır.