Çempionlar Liqasının yarımfinalında "Liverpul"a məğlub olaraq mübarizəni dayandıran, Premyer Liqada isə çempionluğa doğru gedən "Mançester Siti" indidən gələcək mövsümün planlarına başlayıb.

 

İdmanxeber.com-un məlumatına görə, İngiltərə mətbuatı "şəhərlilər"in baş məşqçi Pep Qvardiolanın transfer planları üçün 680 milyon avroluq büdcə ayırdığını tirajlayıb.

 

İspanyalı baş məşqçi yarımmüdafiənin mərkəzinə iki, müdafiəyə bir oyunçu almağı planlaşdırır. Qvardiola pleymeyker və cinah futbolçusu da komandada görmək istəyir. Onun gələcək mövsüm üçün transfer hədəfləri arasında Yulian Vayql, Fred, Jorjinyo, Jan Seri, Tomas Lemar və Riyad Mahrezin olduğu bildirilir.

 

47 yaşlı çalışdırıcı "Mançester Siti"də işlədiyi 2 mövsümdə transfer üçün ümumi 550 milyon avro xərcləyib.