İnyesta "Barsa"dan ayrılır

Oxunma: 507 TARIX /

"Barselona" forması geyinən Andres İnyesta üçün Kataloniya Radiosundan yeni iddia gəlib.

 

İdmanxeber.com-un məlumatına görə, UEFA Çempionlar Liqasında "Roma"ya məğlub olduqları oyundan sonra "Bəlkə də son Çempionlar Liqası oyunumdur" ifadələrini işlədən təcrübəli oyunçunun Çinə transfer olacağı gözlənilir. Kataloniya Radiosunun verdiyi xəbərə görə, İspaniya millisinin üzvü Çin Super Liqa komandalarından olan "Tianjin Quanjian" ilə 3 il müddətində razılığa gəlib. 33 yaşlı ulduz futbolçu  3 il üçün 37 milyon avro maaş alacaq.

 

Rəsmi açıqlamanın "Barselona"nın La Liqa çempionluğunu təmin etməsindən sonra gözlənilir.