Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçı  sonrası baş tutan ənənəvi mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb. İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin çalışdırıcısı qələbə qazandıqları üçün şad olduqlarını bildirib:
"Vacib qələ qazandıq. Gəncədə oyunlar bizim üçün hər zaman ağır keçib. Yunis Hüseynovun komandası yaxşı oyun sərgiləyir".
- Mahir Mədətovun meydana çıxmaması nə ilə bağlı idi?
- Oyuna tam hazır deyildi
- Ramil Şeydayev "Qarabağ"da ilk qolunu vurdu. Bu barədə nı deyə bilərsiniz?
- Əvəzedici heyətdə fərqlənməyi bacarırdı. Ancaq bu o demək deyil ki, qol vurursansa hər şey qaydasındadı. Qol vurmaq eşqi ilə alışıb yannmalıdırlar. Bununla belə Ramili qol vurduğu üçün təbrik edirəm. Onun adına sevinirəm.
- Ağabala Ramazanov uzun müddətdən sonra meydana çıxdı...
- Normal təsir bağışladı. Yavaş-yavaş bütün futbolçulara şans verməyə çalışırıq.
- Xarici mətbuatda Xama Billatın yayda "Qarabağ"a keçəcəyi bildirilir...
- Qış transfer pəncərəsində adıçəkilən futbolçu ilə maraqlanırdıq. Bundan sizin də xəbəriniz var. Ancaq başqa bir yenilik yoxdu.