"Mən xoşlayıram ki..." - Şadon Vinçester

Oxunma: 438 TARIX /

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən  "Kəpəz" - "Qarabağ" matçı sornası meydan sahiblərinin hücumçusu Şadon Vinçester oyunla bağlı fikirlərini bildiribş

İdmanxeber.com-a danışan Trinidad və tobaqolu hücumçu məğlub olmalarına baxmayaraq, yaxşı mübarizə apardıqlarını söylədi: 

"Elə bir rəqiblə qarşılaşırdıq ki, onlar Azərbaycanın ən güclü kollektividi. Belə bir kluba qarşı pis oynamadıq. Xal da qazana bilərdik, ancaq olmadı. Azərbaycan, çempionatına öyrəşməyim bir az vaxt ala bilər. İnşallah, qollarımı sıralayacağam. Sadəcə mən sırf hücumçu oynamışam. "Kəpəz"də isə bir az arxada çıxış edirəm. Belə olanda forvard üçün geridən gəlib, yenidən qabağa getmək çətindi. Ancaq düzələcəyinə inanıram. İnşallah, var gücümüzü ortaya qoyub, son pillədən çıxarıq".

"Sarı-göylər"in əcnəbi hücumçusu yeni mövsümdən etibarən karyerasını Gəncə klubunda davam etdirib-etdirməyəcəyi ilə bağlı verilən suala bu cür cavab verdi: "Mən xoşlayıram ki, komandama xeyrim dəysin. Mübarizə aparım, asanlıqla çıxıb getmək istəmərəm. Baş məşqçinin məminmlə bağlı qərarı necə olar bilmirəm, mən qalmaq istəyirəm".