Yenə Nizami Yurdu, bu dəfə fərqli - Gəncədən reportaj

Oxunma: 466 TARIX /

Peşəkar Futbol Liqasının və "Topaz"ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində növbəti yolculuğumuz Gəncəyə olacaqdı. 2 gün öncədən açıqlanan səfərlə bağlı elanda hamıdan öncə "+" işarəsi qoymağım heç kimə təəccüblü gəlməsə də, özümə maraqlı idi. Belə olan halda ilk öncə insanın ağlına gələn "burda nə var ki?" - sualı olardı. Çünki doğulub boya-başa çatdığım doğma şəhərimə, bu dəfə şəxsi həyatımla bağlı yox, işimlə əlaqədar yollanacaqdım. Şəxsi işlərimlə bağlı azı ayda 2 dəfə qonağı olduğum Nizami Yurdu bu dəfə məni sıradan işçi kimi qarşılayacaqdı. Mənimlə bərabər səfərə yollanacaq olan bəzi həmkarlarımın "qardaş, siz tərəflərdə hava necədi, nə geyinsək yaxşı olar?" sualına isə təəccüblənmədim.  Dostlara qalın geyinməyi məsləhət görsəm də, səhər AFFA-nın həyətinə nazik pencəklə gələn də mən idim. Yəqin, ancaq təsadüf ola blərdi ki, neçə müddət günəşli keçən hava, "Kəpəz" - "Qarabağ" oyunu günü güclü yağışla əvəzlənirdi. Artıq yolda düzəlmişdik. Çünki hər zaman çağırılan məkana təyin olunan vaxtdan ən azı 15 dəqiqə gec gələn həyatda dostum, çalışdığım sahədə isə hörmət bəslədiyim, əziz həmkarım Elnur Salahov da Gəncəyə yola düşən avtobusun içərisində idi. 


Artıq yavaş-yavaş küləklər şəhərindən uzaqlaşırdıq. Maraqlı söhbətlər, futbol müzakirələri apara-apara, saatın necə keçməsini bilmədən, gözümüzü çay fasiləsi üçün Kürdəmirdə açdıq. Təxminən, 15 dəqiqəlik fasilə sonrası "yolçu yolunda gərək" deyərəkdən, yolumuza düzəldik. Saatlar təxminən 13:45-i göstərdiyində, yəni oyuna 2 saatdan artıq vaxt qalarkən, Gəncəyə çatdıq. Qərb yurduna səfərlərimiz çərçivəsində ənənəvi nahar etdiyimiz restoranda, yeməyimizi yedikdən səbəbi-ziyarətimizi reallaşdırmaq üçün Gəncə şəhər stadionuna tərəf tərpəndik. Sürücümüzə yol haqqında məlumat verə-verə beləcə şəhərin 1 nömrəli arenasına çatırıq.

 Qarşılaşdığımız ilkin mənzərə isə təəcübləndirməyə bilməzdi. Çünki  avtobusdan düşər-düşməz 1000-ə yaxın polis əməkdaşlarını qarşımızda görəndə, stadionamı, yoxsa hüquq-mühafizə orqanlarının iclasına gəldiyimizi düşündük. Azarkes idzihami yox, sanki "ordu" ilə qarşılaşdıq. Aydın oldu ki, aşkar autsayderlə, çempionluğa ən real namizəd komandaların oyunu öncəsi polislərə verilən məlumat idi. Əksər həmkarlar şəhər stadionuna llk dəfə gəldiyindən və bəzilərinin arenaya hardan daxil olmaq lazım olduğunu unutduğundan təbii ki,  "içəri necə keçək?" - sualı da  mənə ünvanlandı. O an özümü evimdəki kimi hiss etməyə bilməzdim.

 Polislərin kiçik iclasının bitməsindən sonra təxminən 20 jurnalistlə bərabər media işçiləri üçün ayrılan sektora tərəf qalxdıq. Rastlaşdığımız mənzərə mənə adi gəlsə də, həmkarlarımın üz ifadələrindən mənimlə eyni fikirdə olmadıqları aşkar görünürdü. Çünki hələ qarşılaşmanın start fitindən yarım saat öncə artıq Gəncə klubunun azarkeşləri başımızın üstünü kəsdirmiş, balaban və səsgücləndiricilərlə  qarşıdakı 90 dəqiqənin bizim üçün də səssiz keçməyəcəyinə işarə edirdilər. Komdanlar meydana daxil oldu və "Kəpəz" - "Qarabağ" dueli start götürdü. O an, oyunu işıqlandırmaq üçün Gəncəyə gələn jurnalistlərin əsəblərinin korlanmasında nə qədər haqlı olduqlarını gördüm. Çünki oxucuya xəbəri operativ xəbər çatdırmaq istəyən idman jurnalisti ilə, "Kəpəz" azarkeşi arasında heç 2 sm məsafə də yox idi. Bəziləri,kompüter qoyduğumuz masanın üsütünə çıxır, bəziləri isə səsgüvləndirici ilə qulağımızın dibində qışqırmağa başlamışdı. Təbii ki, Azərbaycan futbolunda stadionlara azarkeşlərin gəlməsini ən çox istəyən  biz jurnalistlərik. Futbolun azarkeş üçün oynanıldığını da, gözəl anlayırıq. Ancaq bütün bunları söyləyərkən,qarşılaşdığımız mənzərəni  nəzərdə tutmurduq. 

Qulaqlarımız səs-küydən cingildəyərkən,  qarşılaşmanı izləməyə də macal tapırdıq. İlk dəqiqələrdən nisbətən fəal görünən meydan sahiblərinin görüşdə sürpriz edəcəyinə inanlar çoxalmağa başlamışdı. "Sarı göylər"in lideri - Dario Frederikonun bəzi epziodlarda rəqiblərindən ustalıqla sıyrılması, yeri fanatlar tərəfindən alqışla qarşılanırdı. Ancaq ilk təhlükəli hücumdaca "Qarabağ", "əcrübə necə olmalıdı?" - sualına aydınlıq gətirdi. Ağdam təmsilçisinin əvəzedici heyətində daha əvvəl fərqlənməyə nail olan Ramil Şeydayev, ilk dəfə əsas klubun forması ilə qol sevinci yaşayırdı. Hər kəs bu qolu qonaqların böyükhesablı qələbəsinin təməli kimi görsə də, qarşılaşmanın final fitinə kimi top növbəti dəfə torla qovuşmadı və "Qarabağ" Gəncədən 3 xalla, jurnalistlər isə sabah ( bu gün ) yazılacaq informasiya ilə dönürdü. Beləliklə, Gəncə səfərimizdəki sərgüzəştlərimiz bunlardan ibarət oldu.