Bu gün Azəraycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun son oyun günündə 3 matç keçirilib.

Günün ilk oyununda "Qəbələ" "Səbail"lə üz-üzə gəlib. İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 1:1.

Digər oyunda "Sumqayıt" "Keşlə" ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə qələbə qazanan tərəf meydan sahibləri olub - 2:1.

Tura Zirədə yekun vurulub. Burada uğursuzluq zolağına düşən "Zirə" "Neftçi" ilə qarşılaşıb. Bu matçda qonaqlar daha yaxşı oyun sərgiləyərək qələbə qazanıb - 0:2.

15 aprel (bazar)

19:00. “Zirə” – “Neftçi” - 0:3

Qol: Rəhman Hacıyev, 9 (0:1), İqnassio Errera 90, Rəşad Sadiqov, 90+5

Qırmızı vərəqə: Yani Urdinov, 51

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev

Zirə İdman Kompleksinin stadionu

18:00. “Sumqayıt” – “Keşlə” - 2:1

Qollar: Bəhlul Mustafazadə, 58 (0:1), Məqsəd İsayev, 68 (1:1), Ehtiram Şahverdiyev, 83 (2:1)

Qırmızı vərəqə: Məqsəd İsayev, 81

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev

“Kapital Bank Arena”

17:00. “Qəbələ” – “Səbail” - 1:1

Qol: Fəhmin Muradbəyli, 55 (0:1), Famussa Kone, 82 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov

Qəbələ şəhər stadionu